🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Nigeriyada İŞİD-ə qarşı güclü zərbələr endirildiyini açıqladı

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşım edərək, onun göstərişi əsasında Amerika Birləşmiş Ştatlarının Nigeriyanın şimal-qərbində İŞİD terror qruplaşmasına qarşı güclü hücumlar həyata keçirdiyini bildirib.

Tramp qeyd edib ki, o, daha əvvəl terrorçulara xristianların qətlini dayandırmaları ilə bağlı xəbərdarlıq edib və bu tələblərə əməl olunmadığı üçün cəzalandırma tədbirləri görülüb. Prezidentin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi yalnız ABŞ ordusunun imkanları daxilində olan çoxsaylı hərbi əməliyyatlar icra edib.

“Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək”, – deyə Donald Tramp paylaşımında vurğulayıb.