🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Balakəndə məktəbdə yanğın – xəsarət alan olmayıb

Azərbaycan.media xəbər verir ki, Balakən şəhərində Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib.

Hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinin qarşısı dərhal alınıb. Hadisə zamanı pilləkən qəfəsinin altında təxminən 3 kvadratmetr sahədə kağız tullantıları və 0,5 paqon metr elektrik kabeli yanıb.

Faktla bağlı araşdırma aparılır, xəsarət alan olmayıb.