🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Keçmiş spiker Oqtay Əsədovun qızı vəfat etdi

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı dünyasını dəyişib.

 Qeyd olunub ki, mərhum uzun müddət xəstəlikdən əziyyət çəkib və Türkiyədə aldığı müalicədən sonra vəfat edib.

Unikal-ın məlumatına əsasən, dünyasını dəyişən Oqtay Əsədovun qızı Nərminə Əsədovadır. O, 40 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib.

Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.