🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kreml Zelenskinin qalmaqallı Milad təbrikinə sərt reaksiya verdi

Azərbaycan.media xəbər verir ki, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Milad təbrikində birbaşa ad çəkmədən ukraynalıların kimin haqqında danışdığını demədən “onun ölməsini” arzuladıqlarını bildirməsinə münasibət bildirib.

 Moskva bürosunun məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin bu açıqlamasını mədəniyyətsizlik kimi qiymətləndirib və Ukrayna liderini qeyri-adekvat davranışda ittiham edib.

Peskov bildirib ki, Zelenskinin səsləndirdiyi fikirlər qəbuledilməzdir və qəzəb doğurur:
“Bu, (Zelenskinin Milad təbriki – red.) mədəniyyətsizlikdir və qəzəblidir. Mən sual vermək istərdim: o, siyasi və diplomatik vasitələrlə münaqişə ilə bağlı adekvat qərarlar qəbul etməyə qadirdirmi?” – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Milad təbrikində konkret ad çəkmədən ukraynalıların onun ölməsini arzuladıqlarını bildirib. Rusiyada isə bu bəyanat Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ölüm arzulaması kimi yozulub.