🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev: “Ayıq və daim güclü olmalıyıq”

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında ora köçən sakinlərlə görüşü zamanı ölkənin təhlükəsizliyi və hərbi gücünün daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, bu fikirləri ilk dəfə səsləndirmir: “Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq”.

Prezident qeyd edib ki, son 5 ildə Azərbaycan Ordusunun potensialı əhəmiyyətli dərəcədə gücləndirilib və bu, ötən ay keçirilən hərbi paradda bütün dünyaya nümayiş etdirilib. Onun sözlərinə görə, əbədi sülhə nail olmaq üçün Azərbaycan hər zaman potensial düşmənlərindən bir neçə dəfə güclü olmalıdır.

“Biz bunu təmin edirik və edəcəyik”, – deyə Prezident İlham Əliyev əlavə edib.