🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycandan Tunisə neft ixracı azalıb

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–noyabr aylarında Azərbaycandan Tunisə 198,7 milyon ABŞ dolları dəyərində 370,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 79,9 milyon dollar və ya 28,7 faiz, həcm baxımından isə 73,4 min ton və ya 16,5 faiz azdır. Ötən ilin yanvar–noyabr aylarında Tunisə 278,6 milyon dollar dəyərində 443,9 min ton neft və neft məhsulları göndərilmişdi.

Eyni zamanda, bu ilin ilk 11 ayında Azərbaycandan dünyada 21 ölkəyə bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib. Ümumilikdə ixrac həcmi 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində azalma 1,8 milyard dollar və ya 13,5 faiz, həcm baxımından isə 576 min ton və ya 2,7 faiz artım olub.