🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda min abonentin qaz təchizatında fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında müvəqqəti dayandırılma baş verəcək.

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi bildirir ki, bu, 10-cu mikrorayonda qaz sızmasının aradan qaldırılması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Fasilə bu gün saat 16:30-dan etibarən başlayacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.