🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Daşkəsəndə qadın dərmandan zəhərlənib

Azərbaycan.media xəbər verir ki, Daşkəsən rayonunda zəhərlənmə hadisəsi baş verib.

Rayon sakini, 1977-ci il təvəllüdlü C. Rəhimova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilib.

Məlumata görə, 48 yaşlı qadın yaşadığı evdə dərmandan zəhərlənib. Onun hansı şəraitdə zəhərlənməsi baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.