🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ sənaye anbarlarını miqrantların saxlanması üçün mərkəzlərə çevirir

Azərbaycan.media xəbər verir ki, Vaşinqton administrasiyası bir neçə ştatdakı sənaye anbarlarını qanunsuz miqrantların deportasiyasını sürətləndirmək üçün saxlama mərkəzlərinə çevirməyi planlaşdırır. Bu barədə The Washington Post mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Miqrasiya və Gömrük Mühafizəsinin (ICE) daxili sənədlərində göstərilir ki, ABŞ hakimiyyəti podratçıları sənaye anbarlarını təmir etmək üçün cəlb etməyi nəzərdə tutur. Plan, deportasiyadan əvvəl eyni anda 80.000-dən çox miqrantı saxlaya biləcək mərkəzlərin yaradılmasını əhatə edir.

Bu məqsədlə Virciniya, Texas, Luiziana, Arizona, Corciya və Missuri ştatlarındakı əsas nəqliyyat mərkəzlərinin yaxınlığında böyük anbarların seçilməsi gözlənilir. Qəzetin məlumatına görə, hər birində 5.000–10.000 miqrant saxlanacaq yeddi böyük mərkəz və maksimum 1.500 nəfər üçün nəzərdə tutulmuş 16 kiçik mərkəz yaradılacaq.