🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Həkimlik taxtına yaraşan Könül

 

🌹 Dəyərli Könül həkim,
Sağlamlığınız, fədakarlığınız və insanlara bəxş etdiyiniz ümidlərlə yüz il deyil, min il yaşamağa layiqsiniz!
Hər nəfəsiniz şəfa, hər addımınız nur olsun.
Xalqın sevgisi, duaları və minnətdarlığı sizin ömrünüzü işıqla uzatsın.

 

Üzügülər, göyçək, mehriban insan,
Əlindən gələni edirsən hər an,
Hamının dərdinə tez çarə tapan,
Həkimlik taxtına yaraşan Könül!

Bu mərhələyəcən əziyyət görən,
Könlünü bu işə sevərək verən,
Göydə ulduzlarla hey bəhsə girən,
Kainat içində sayrışan Könül!

Özünü xalqına sevdirə bilən,
Əliylə xəstənin göz yaşın silən,
Xəstəyə sağlamlıq donun geydirən,
Xəstənin dadına çatansan Könül!

Ay bizim bacımız, bizim anamız,
Ay bizim doğmamız, nurlu sonamız,
Ağ qiyafəsində mələk simamız,
Mələk kimi tale yazansan Könül!

Sən “Bizimləsən”də sevildin yaman,
Ordan səni sevdi can Azərbaycan.
Xəstələr başına and içir, inan,
Onlara qayğıkeş anasan Könül!

Sağaldır insanı beyində duman,
Qoymayır ki qala, o verir ruh, can.
Deyin, varmı belə fədakar insan?
Fədakarcasına çalışan Könül!

 

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Azərbaycan.media