Azərbaycan.media xəbər verir ki, bu gün dünyada müxtəlif bölgələrdə müharibələrin, toqquşmaların və münaqişələrin davam etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, belə hallarda beynəlxalq təşkilatlar və böyük nüfuzlu ölkələr adətən sanksiyalar tətbiq edirlər.
Axar.az-ın məlumatına görə, dövlət başçısı bu fikirləri Ağdam şəhərinə köçən sakinlərlə görüşü zamanı səsləndirib. Prezident vurğulayıb ki, sanksiyalar ciddi təsir mexanizmidir və xüsusilə zəif iqtisadiyyata malik ölkələr üçün daha effektli olur.
“Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə ki, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”, – deyə Prezident İlham Əliyev qeyd edib.
