🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2026-cı ildən Azərbaycanda siqaret bahalaşır – qiymətlər 5,5 manata qədər yüksələcək

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişiklikdir. Dəyişikliyə əsasən, siqaretlərə tətbiq olunan aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45,5 manatdan 55 manata qaldırılıb. Aksiz vergisinin dolayı vergi olması isə bu artımın birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcəyini göstərir.

Aparılan araşdırmalara əsasən, yeni ilin ilk günündən etibarən Azərbaycanda növündən və çeşidindən asılı olmayaraq 1 qutu (20 ədəd) siqaretin qiyməti minimum 20 qəpik artacaq. Qanunvericiliyə edilən dəyişiklik artıq bazarda da öz təsirini göstərməyə başlayıb. Belə ki, paytaxtda fəaliyyət göstərən bəzi marketlərin siqaret satışını məhdudlaşdırdığı bildirilir.

Satıcılar və ekspertlərin qiymətləndirmələrinə görə, 2026-cı ildən siqaretlərin pərakəndə satış qiymətləri marka və çeşidlərdən asılı olaraq 2,5–5,5 manat aralığında dəyişəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən müvafiq dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.