🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gənc istedadlar Motsartın 270 illiyinə həsr olunan beynəlxalq müsabiqədə uğur qazandılar

Azərbaycan.media xəbər verir ki, dahi bəstəkar Volfqanq Amadey Motsartın 270 illiyi münasibətilə təşkil olunan genişmiqyaslı beynəlxalq müsabiqə böyük maraqla qarşılanıb. Mədəniyyət və incəsənət sahəsində gənc istedadların üzə çıxarılması məqsədi daşıyan müsabiqədə müxtəlif ölkələrdən və regionlardan yüzlərlə iştirakçı öz bacarıqlarını nümayiş etdirib.
Müsabiqədə Azərbaycanın da istedadlı gəncləri fəal iştirak ediblər. Respublikanın 22 müxtəlif regionundan qatılan uşaqlar musiqi və incəsənət sahəsindəki bacarıqları ilə seçilərək münsiflər heyətinin diqqətini cəlb ediblər. Gənc iştirakçıların çıxışları tamaşaçılar tərəfindən də böyük rəğbətlə qarşılanıb.
12 may 2026-cı il tarixində keçirilən təltifetmə mərasimində uğur qazanan iştirakçılar diplom və mükafatlarla təltif olunublar. Təltif edilənlər arasında gənc və istedadlı iştirakçı Bəyxan Manafovun da adı yer alıb. Onun nümayiş etdirdiyi performans müsabiqə iştirakçıları və təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, belə müsabiqələr gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və beynəlxalq səviyyədə tanınması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Müəllif: Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media