🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

NBA klubunun basketbolçusu 29 yaşında vəfat etdi

Azərbaycan.media xəbər verir ki, ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Memfis Qrizzliz” klubunun hücumçusu Brandon Clarke 29 yaşında dünyasını dəyişib.
Məlumata görə, idmançının ölüm səbəbi hələlik açıqlanmayıb.
Brandon Clarke 2019-cu ildə keçirilən NBA draftında Memphis Grizzlies tərəfindən 21-ci nömrə altında seçilmişdi və peşəkar karyerasının tamamını həmin komandada keçirmişdi.
Qeyd edək ki, ötən ay basketbolçu ABŞ-ın Arkanzas ştatında qadağan olunmuş maddə saxlamaq, sürət həddini aşmaq və yol hərəkəti qaydalarını pozmaq ittihamı ilə saxlanılmışdı. O, hadisədən bir gün sonra girov qarşılığında sərbəst buraxılmışdı.
Brandon Clarke komanda yoldaşı Ja Morant ilə birlikdə “Qrizzliz”in heyətində ən uzun müddət çıxış edən basketbolçulardan biri idi.