Azərbaycan.media xəbər verir ki, bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində aparılacaq təmir işləri ilə əlaqədar bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq.
Məlumatı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yayıb.
Bildirilib ki, Xəzər rayonunda həyata keçirilən təmir-quraşdırma işləri səbəbindən saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələri, həmçinin Binə Sovxoz adlanan yaşayış massivində qazın verilişində qısamüddətli fasilə olacaq.
Qurum sakinlərdən aparılan işlər zamanı təhlükəsizlik qaydalarına riayət etməyi xahiş edib.
