Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında keçirilən toy mərasimi faciə ilə nəticələnib.
Məlumata görə, 24 yaşlı Ceyms Şira ilə Savana Kolliyerin toy günü qonaqlar arasında baş verən münaqişə ölüm hadisəsi ilə nəticələnib. Hadisə Genesee County ərazisində qeydə alınıb.
Bildirilir ki, toy mərasimi əvvəlcə pitseriyada nikahın rəsmiləşdirilməsi ilə başlayıb, daha sonra qonaqlar şəxsi evə yollanıblar. Məhz həmin məkanda bəy ilə sağdışı – 29 yaşlı Terri Teylor arasında mübahisə yaranıb.
İddialara görə, mübahisənin spirtli içki qəbulu ilə bağlı olduğu bildirilir. Şira ərazini tərk etdikdən sonra bir müddət sonra avtomobillə geri qayıdaraq Terri Teyloru vurub. Zərərçəkmiş hadisə yerində həyatını itirib.
Məhkəmə sənədlərinə əsasən, təqsirləndirilən şəxs daha sonra hadisəni qəsdən törətdiyini etiraf edib və mərhumun ailəsindən üzr istəyib.
İş üzrə məhkəmə prosesi nəticəsində onun bir neçə maddə üzrə təqsirli bilindiyi və o cümlədən ehtiyatsızlıqdan adam öldürmə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmə və hadisə yerindən yayınma kimi ittihamlarla məsuliyyət daşıdığı qeyd olunub.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.
