🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra əsas yolların birində sıxlıq qeydə alınıb – Siyahı

Azərbaycan.media xəbər verir ki, Bakıda səhər saatlarında bir sıra əsas prospekt və küçələrdə nəqliyyat sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq olan yollar aşağıdakılardır:
Heydər Əliyev prospekti, əsas yol – mərkəz istiqamətində
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” istiqamətində
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti kəsişməsinə qədər
28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Babək prospekti – mərkəz istiqamətində
Qeyd olunub ki, paytaxtın bir sıra istiqamətlərində nəqliyyat axınında gecikmələr davam edir.