Azərbaycan.media xəbər verir ki, Niderlandın Limburg əyalətində yerləşən NATO qərargahında xidmət edən iki Almaniya hərbçisi hücuma məruz qalıb.
Məlumata görə, hadisə NATO-nun Niderland ərazisində yerləşən hərbi obyektlərindən birinin yaxınlığında baş verib.
Bildirilir ki, hücum edən şəxslər maskalı olub və hadisə zamanı “NATO əleyhinə şüarlar” səsləndiriblər. Nəticədə alman hərbçilər yüngül xəsarət alıblar.
Hadisə ilə bağlı araşdırmanı Royal Netherlands Marechaussee aparır. Şübhəlilərin saxlanılıb-saxlanılmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı istintaq davam etdirilir.
