🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Macarıstanda yeni hökumət formalaşdırıldı

Azərbaycan.media xəbər verir ki, aprelin 12-də Macarıstanda keçirilmiş parlament seçkilərində qələbə qazanan “Tisa” partiyasının sədri Peter Magyarın rəhbərliyi ilə yeni Nazirlər Kabineti formalaşdırılıb.
Modern.az-ın yaydığı məlumata görə, hökumət başçısının mətbuat xidməti bildirib ki, Macarıstan prezidenti konstitusiyaya uyğun olaraq baş nazirin təqdim etdiyi və parlament tərəfindən dəstəklənən 16 yeni nazirin təyinatı ilə bağlı sərəncam imzalayıb.
Nazirlər Kabinetinin yeni üzvlərinə etimadnamələrin təqdim olunması mərasimi prezidentin rəsmi iqamətgahı olan Şandor Sarayında keçirilib və ölkənin yerli televiziya kanalları vasitəsilə canlı yayımlanıb.
Bildirilir ki, parlament qarşısında keçiriləcək andiçmə mərasimindən dərhal sonra nazirlər öz vəzifələrinin icrasına başlayacaqlar.
Yeni hökumətin ilk rəsmi işçi toplantısının mayın 13-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, keçmiş baş nazir Viktor Orbánın rəhbərlik etdiyi əvvəlki hökumət daha öncə rəsmi şəkildə istefaya gedib. Bununla da, 16 illik hakimiyyətdən sonra “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyası fəaliyyətini müxalifətdə davam etdirəcək.