🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah havanın temperaturu 31 dərəcəyədək yüksələcək

Azərbaycan.media xəbər verir ki, mayın 13-də Azərbaycanda havanın temperaturunun 31 dərəcəyədək yüksələcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Cənub-şərq küləyi səhər saatlarından etibarən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 15-18°, gündüz isə 24-29° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 faiz, gündüz 45-50 faiz olacaq.
Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Səhər və axşam saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 13-17°, gündüz 26-31° isti, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 17-22°, bəzi yerlərdə isə 26° isti olacaq.