Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Ukrayna ətrafındakı münaqişənin yaxın zamanda nizamlanacağına inandığını bildirib.
Amerika lideri bu fikirləri Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı, Çinə yola düşməzdən əvvəl səsləndirib.
“Düşünürəm ki, Ukraynadakı münaqişənin başa çatması artıq çox yaxındır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukraynada nizamlanma prosesinə yardım etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır.
