Azərbaycan.media xəbər verir ki, bu gün Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC bildirir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazidə elektrik naqillərinin yenilənməsi işlərini həyata keçirəcək.
Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək 28 May küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq. İşlər başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
