Azərbaycan.media xəbər verir ki, “OpenAI” şirkəti “ChatGPT” tətbiqinə yeni fərdiləşdirmə imkanları əlavə edib. İndi istifadəçilər tətbiqin fərdiləşdirmə bölməsində süni intellektin 4 əsas parametrini tənzimləyə bilərlər:
Səmimiyyət (istilik)
Həyəcan və entuziazm səviyyəsi
Siyahı və altbaşlıqlara üstünlük
Emojilərdən istifadə meyli
Hər parametr ayrıca olaraq “daha çox”, “daha az” və ya “standart” kimi seçilə bilər. Bu yenilik istifadəçilərə “ChatGPT”nin cavablarını öz üslublarına daha uyğun formada almağa imkan verir.
