Azərbaycan.media xəbər verir ki, Goranboy rayonunda qadının dəm qazından boğularaq ölməsi faktı qeydə alınıb.
Hadisə rayon ərazisində baş verib. Rayon sakini olan orta yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.
Hazırda qadının şəxsiyyəti dəqiqləşdirilir. Meyit müayinə olunması üçün aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
