Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresdə iştirakçılara müraciətində ölkəmizdə səhiyyə sisteminin inkişafının yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Prezident qeyd edib ki, dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb müəssisələri ən müasir standartlara uyğun yenidən qurulur, araşdırmalar isə son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılır. Bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutu isə özünəməxsus xidmətləri ilə seçilir.
