🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna Milli Qvardiyası: Kupyansk istiqamətində irəliləyiş əldə etmişik

Ukraynada döyüşlər ən gərgin mərhələsini yaşayır, lakin Ukrayna müdafiə qüvvələri bəzi istiqamətlərdə irəliləyişlər əldə edir.

Azərbaycan.media xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko məlumat verib.

“Hazırda müharibənin kritik mərhələsindəyik – Kupyansk, Pokrovsk və Liman istiqamətlərində vəziyyət xüsusilə gərgindir. Milli Qvardiyanın hərbçiləri mövqelərini qoruyur və eyni zamanda hücum əməliyyatları aparır. Pokrovsk və Kupyansk sektorlarında xüsusi təyinatlı birləşmələr fəaliyyət göstərir. Xüsusilə Kupyansk istiqamətində müəyyən irəliləyiş əldə etmişik”, – Pivnenko bildirib.

O qeyd edib ki, Donetsk vilayətinin Mirnoqrad rayonu yaxınlığında da uğurlar əldə olunub: “Bəzi ərazilərdə vəziyyəti sabitləşdirir və düşməni geri çəkilməyə məcbur edirik. Bununla belə, bu proses vaxt tələb edir”.