Azərbaycan.media xəbər verir ki, Azərbaycan, Mərkəzi Asiya ölkələri və Çinlə genişlənən əməkdaşlıq fonunda Orta Dəhliz qlobal ticarət üçün real və rəqabətli alternativ kimi formalaşmaqdadır.
Bu barədə Gürcüstan Dəmir Yollarının təqdim etdiyi modernləşdirmə layihəsində bildirilib.
Qeyd olunub ki, Çin, Qazaxıstan və Azərbaycanla aparılan uğurlu danışıqlar nəticəsində xidmətlər rəqəmsallaşdırılıb, sərhəd prosedurlarından keçmə müddəti əhəmiyyətli dərəcədə azaldılıb. Belə ki, əvvəl 15 saat çəkən proses hazırda təxminən 2 saata qədər enib ki, bu da 7,5 dəfə sürətlənmə deməkdir.
Sənəddə vurğulanıb ki, son dövrlərdə baş verən qlobal hadisələr ənənəvi nəqliyyat marşrutlarının zəif tərəflərini üzə çıxarıb və daha etibarlı alternativlərə ehtiyacı artırıb. Bu isə Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldib.
