🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Azərbaycan.media xəbər verir ki, Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri İvate prefekturasının şərq hissəsində, Sakit okeanda yerləşib. Zəlzələnin ocağı isə 30 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.