Azərbaycan.media xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-ın İrana qarşı mümkün dəniz blokadasının qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyini bildirib.
Qalibaf qeyd edib ki, belə bir siyasət həyata keçirilərsə, neftin qiyməti bir barel üçün 140 dollara qədər yüksələ bilər.
Onun sözlərinə görə, ABŞ administrasiyası bu istiqamətdə yanlış məsləhətlər alır və bu siyasət artıq qiymətlərin 120 dollardan yuxarı qalxmasına səbəb olub. O bildirib ki, “növbəti dayanacaq 140 dollardır”.
İran rəsmisi əlavə edib ki, problemin kökü konkret qərarlarda deyil, ABŞ-ın ümumi yanaşmasındadır və bu siyasət qlobal bazarlarda əlavə gərginlik yarada bilər.
