🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

May ayında ardıcıl 3 gün qeyri-iş günü olacaq

Azərbaycan.media xəbər verir ki, bu il Faşizm üzərində qələbə günü ilə əlaqədar may ayında ardıcıl 3 gün qeyri-iş günü olacaq.
Lent.az-ın məlumatına görə, mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram və istirahət günləri üst-üstə düşdükdə həmin istirahət günü növbəti iş gününə keçirilir.
Buna görə də mayın 10-u bazar gününə düşdüyündən, əlavə istirahət günü kimi mayın 11-i də qeyri-iş günü olacaq.
Beləliklə, 9, 10 və 11 may tarixlərində ardıcıl olaraq qeyri-iş günləri olacaq və vətəndaşlar üçgünlük fasilə əldə edəcəklər.