🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Trampdan mübahisəli açıqlama: Ukrayna və İranla bağlı fikirləri qarışdırdı

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Rusiya lideri Vladimir Putin ilə söhbətindən sonra İran və Ukrayna ətrafındakı münaqişələrin eyni vaxtda başa çata biləcəyini bildirib.
Tramp CNN-ə müsahibəsində Ukraynanın hərbi baxımdan məğlub olduğunu iddia edib və hər iki münaqişənin paralel şəkildə bitə biləcəyini vurğulayıb.
ABŞ lideri çıxışı zamanı Ukrayna ilə bağlı danışarkən, faktiki olaraq İranla əlaqəli göstəriciləri səsləndirib. O, bəyan edib ki, “159 gəmidən ibarət donanmanın hamısı hazırda su altındadır” və bu vəziyyətin həmin ölkənin hərbi imkanlarını ciddi zəiflətdiyini göstərir.
Lakin CNN Trampın açıqlamasında Ukrayna ilə İranı səhv saldığını diqqətə çatdırıb. Bildirilib ki, o, əvvəlcə Rusiya prezidenti ilə İran barədə danışdığını desə də, kontekstdən söhbətin Ukrayna ilə bağlı olduğu məlum olub.
Qeyd edək ki, Trampın bu açıqlamaları beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.