🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra yollarda sıxlıq yaranıb – SİYAHI

Azərbaycan.media xəbər verir ki, paytaxtın bir neçə əsas yolunda nəqliyyat sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakılardır:
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər
28 May küçəsi, Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
Dənizkənarı küçəsi, Bayraq Meydanı istiqamətindən “Azneft” dairəsinə doğru
Qurum sürücülərə sıxlığı nəzərə alaraq alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir.