Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığından sonra diqqətçəkən açıqlama verib.
Tramp bildirib ki, söhbət zamanı Putin İranla bağlı məsələlərdə, xüsusilə də zənginləşdirilmiş uran mövzusunda ABŞ-a kömək etməyi təklif edib.
Trampın sözlərinə görə, o, Putinə cavab olaraq müharibəyə yardım etməzdən əvvəl münaqişənin dayandırılmasının daha vacib olduğunu deyib.
ABŞ lideri həmçinin telefon danışığını “çox yaxşı” adlandırıb və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı həllin nisbətən tez əldə oluna biləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bu açıqlamalar beynəlxalq mediada geniş müzakirələrə səbəb olub və diplomatik proseslərin gedişinə dair yeni suallar yaradıb.
