🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda yaz gecikir? – Ekoloqdan vacib xəbərdarlıq

Azərbaycan.media xəbər verir ki, ölkədə yaz fəslinin bitməsinə az vaxt qalsa da, onun xarakterik sabit və mülayim havası hələ də tam hiss olunmur.
Publika.az-ın məlumatına görə, ekoloq İradə Həsənova bildirib ki, yazın ilk ayları xüsusilə Bakı və ətraf ərazilərdə sərin, rütubətli və yağıntılı hava şəraiti ilə müşahidə olunub. Onun sözlərinə görə, bu vəziyyət əsasən şimal və qərb istiqamətlərindən daxil olan soyuq hava axınları ilə bağlıdır.
Ekspert qeyd edib ki, may ayı ilə birlikdə hava şəraitində dəyişiklik gözlənilir. Günəş radiasiyasının artması və yer səthinin isinməsi nəticəsində temperatur yüksələcək və daha isti hava şəraiti formalaşa bilər.
Bununla belə, o vurğulayıb ki, istiləşmə kəskin və qısa müddətli ola bilər. Belə ki, bəzi günlərdə temperaturun 10-15 dərəcə artması mümkündür. Lakin bu proses davamlı olmayacaq – isti hava dalğalarını yenidən sərin və yağıntılı günlər əvəz edə bilər.
Ekoloqun sözlərinə görə, son illərdə müşahidə olunan bu cür qeyri-sabit hava şəraiti iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Bu səbəbdən yaxın həftələrdə həm isti, həm də sərin hava şəraitinə hazır olmaq və proqnozları mütəmadi izləmək tövsiyə olunur.