Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Kiyevin hərbi vəziyyəti ilə bağlı sərt açıqlama verib.
Tramp Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığından sonra jurnalistlərə bildirib ki, Ukrayna cəbhəsində vəziyyət Qərb mediasında düzgün əks olunmur.
Onun sözlərinə görə, “Ukrayna hərbi cəhətdən məğlub olub” və bu barədə məlumatlar bəzi media orqanları tərəfindən “qəsdən təhrif edilir”.
Tramp əlavə edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı münaqişənin İranla bağlı gərginliklərlə eyni vaxtda və ya ondan daha tez başa çata biləcəyi ehtimalı var.
Bu açıqlamalar beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub və fərqli reaksiyalar doğurub.
