🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çində nəhəng LNG tankeri sifarişçiyə təhvil verildi

Azərbaycan.media xəbər verir ki, Xinhua agentliyinin yaydığı məlumata əsasən, Çində dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlərindən biri inşa olunaraq sifarişçiyə təhvil verilib.
“Celsius Georgetown” adlı gəmi 180 min kubmetr qaz daşımaq gücünə malikdir. Tanker müasir iki yanacaqlı mühərrik sistemi ilə təchiz olunub ki, bu da onun daha səmərəli və ekoloji baxımdan daha təhlükəsiz fəaliyyət göstərməsinə imkan yaradır.
Qeyd olunur ki, bu tip gəmilər qlobal enerji daşımalarında mühüm rol oynayır və LNG bazarında artan tələbatın qarşılanmasına xidmət edir.