🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

SEPAH Əbu-Dabidə və Bəhreyndə sənaye obyektlərinə zərbə endirib

Azərbaycan.media xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əbu-Dabidə poladtökmə müəssisələrinə, həmçinin Bəhreyndə alüminium zavodlarına zərbə endirib.
SEPAH-ın bəyanatında bildirilir: “Bu hücumlar bir xəbərdarlıqdır. Əgər İran sənayesinə hücumlar təkrarlanarsa, növbəti cavab qat-qat ağır olacaq.”
Qeyd edək ki, əvvəlki gün ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb bölgələrində yerləşən poladtökmə komplekslərinə hücumlar həyata keçirib.
Əlaqəli mövzular: SEPAH, İran, BƏƏ, Bəhreyn, ABŞ, İsrail