Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Elnarə Abdullayeva “Qonaqcanlı” proqramında övladlarından danışıb və bildirib ki, oğlu ailə quracağı xanımı özü seçməlidir. Müğənni qeyd edib:
“Oğluma niyə qız tapıram ki? Özünün gözü və ağlı var. Neçə ildir yaşayır. Universiteti bitirib, ağıllı oğlandır, gedib özü tapsın. Mən sadəcə onun gələcək ailəsi ilə maraqlana bilərəm — yaxşıdır, ya necədir. Necə oğul böyütmüşəm ki, hələ qız tapa bilmir? Elə şey olar?”
E.Abdullayeva qızı Xədicənin bir müddət sosial şəbəkədə blogerlik fəaliyyəti ilə məşğul olmasına da münasibət bildirib. O qeyd edib ki, bu sahədə fəaliyyət göstərməsi ona lazım deyil:
“Bloger olunca oxuyan olardı da… Səsi var, amma lazım deyil. Onun nə blogerliyi, nə də müğənniliyi lazımdır. Gedib oturub evində xanımlığını etsin. Biz nizamda olmalıyıq. Hər şey olmaz axı…”
Qeyd edək ki, Elnarə Abdullayeva iki övlad sahibidir: bir qız və bir oğul. Onun qızı Xədicə artıq ailə qurub.
