🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan.media xəbər verir ki, Zaqatalada ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə rayon Polis Şöbəsinin əməkdaşları və xilasedicilər cəlb olunub.