🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gəncədə yol qəzası: 4 nəfər xəsarət aldı

Azərbaycan.media xəbər verir ki, Gəncədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
32 yaşlı M. Huseynovun idarə etdiyi “Toyota Aqua” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.
Qəza nəticəsində 22 yaşlı T. Huseynov, 21 yaşlı R. Süleymanov, onun həmyaşıdı N. Salmanov və 25 yaşlı H. Hümbətov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.