🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb

Azərbaycan.media xəbər verir ki, martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri həyata keçirilib.
Təmizlik çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan toz təmizlənib, mövcud yaşıllıqlara qulluq göstərilib.
Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından etibarən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yollarını yuyucu maddələrlə təmizləyib. Məlumatda qeyd olunub:
“Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə töhfə verib.”