Azərbaycan.media xəbər verir ki, Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa edilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd olunub ki, Bakı istiqamətindəki hissədə yağan güclü yağışlar nəticəsində çalalar əmələ gəlmişdi. AAYDA bildirir:
“Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb və qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub.”
