Azərbaycan.media xəbər verir ki, Rusiyanın Volqoqrad hava limanında təyyarələrin enmə və qalxması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Məlumatda qeyd olunur ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub.
Bundan əlavə, Penza hava limanında “Xalça” rejimi qüvvəyə minib və burada da təyyarələrin gediş-gəlişinə müvəqqəti məhdudiyyətlər qoyulub.
