Azərbaycan.media xəbər verir ki, Yaxın Şərqdə davam edən münaqişə qlobal gübrə bazarında ciddi böhran riski yaradır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Əmtəə bölməsinin keçmiş rəhbəri Əbdolreza Abbasian Telegraph nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müharibənin daha bir ay və ya daha uzun müddət davam etməsi halında dünya indiyədək görünməmiş miqyasda gübrə böhranı ilə üzləşə bilər. Abbasian qeyd edib ki, bu cür vəziyyət kənd təsərrüfatına və qlobal ərzaq təminatına ciddi təsir göstərəcək.
