🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pakistan və İran XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib

Azərbaycan.media xəbər verir ki, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı apararaq regiondakı mövcud vəziyyəti müzakirə edib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məhəmməd İshaq Dar bildirib ki, davamlı sülhə nail olmağın yeganə yolu dialoq və diplomatiyadan keçir. O, regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq bütün hücumların və düşmənçilik fəaliyyətlərinin dayandırılmasının zəruri olduğunu qeyd edib.
Nazir əlavə edib ki, Pakistan regionda sülh və sabitliyin bərpasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməkdə qərarlıdır.