Azərbaycan.media xəbər verir ki, Xalq artisti Rasim Balayev ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb.
Vida mərasimində mərhum aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər, media nümayəndələri, eləcə də Əli Əsədov başda olmaqla hökumət rəsmiləri, nazirlər və deputatlar iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra Xalq artistinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.
Qeyd edək ki, Rasim Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib və bu gün Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
