🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sərvər Əliyev Dağıstanın Əməkdar incəsənət xadimi adına layiq görülüb

Azərbaycan.media xəbər verir ki, Sərvər Bəhlul oğlu Əliyev – Azərbaycan Respublikasının Əməkdar artisti və Dərbənd Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru – “Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Məlumata görə, bu yüksək ad sənətkara uzun illər ərzində teatr sənətinə verdiyi töhfələrə, səhnə mədəniyyətinin inkişafı istiqamətində göstərdiyi xidmətlərə, eləcə də Azərbaycan milli teatr ənənələrinin Dərbənddə qorunub saxlanılması və yaşadılması sahəsindəki fəaliyyətinə görə təqdim olunub.