🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti martın 31-nə gözlənilən hava şəraitini açıqlayıb.
Bakıda və Abşeron yarımadasında hava
Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi ərazilərdə yağış ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-şərq küləyi axşam saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
Rayonlarda gözlənilən hava şəraiti
Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, dağlıq zonalarda qar yağacağı və şimşək çaxacağı ehtimalı var. Axşam saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi isə ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlıq ərazilərdə gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti olacaq.