🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski Səudiyyə Ərəbistanında dizel tədarükü məsələlərini müzakirə edib

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı dizel yanacağının tədarükü barədə danışıqlar apardığını açıqlayıb. Bu barədə “Novosti Live” məlumat yayıb.
Zelenski bildirib ki, Ukrayna Yaxın Şərq ölkələri ilə dizel tədarükü üzrə razılaşmalar əldə etməyə çalışır. “Bu məsələ ölkənin təhlükəsizliyi üçün vacibdir və mən onun üzərində işləyirəm”, – deyə o əlavə edib.
O qeyd edib ki, əgər Ukraynada yanacaq çatışmazlığı yaranarsa, bunun 90%-i dizelin payına düşə bilər. Prezident həmçinin səfər çərçivəsində keçirilən iki görüşün Ukrayna üçün müsbət nəticələr verdiyini bildirib, lakin görüşlərin detalları barədə açıqlama verməyib.