🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritetlərindəndir

Azərbaycan.media xəbər verir ki, Medianın İnkişafı Agentliyi-nin icraçı direktoru Əhməd İsmayılov İstanbul şəhərində keçirilən Strateji Kommunikasiya Sammitində çıxışı zamanı Azərbaycanda rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edildiyini bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
“Milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi əsas məqsədlər sırasındadır. Bu istiqamətdə görülən tədbirlər rəqəmsal transformasiyanın genişləndirilməsinə və cəmiyyətin rəqəmsal imkanlardan daha səmərəli istifadəsinə xidmət edir”, – deyə o qeyd edib.